Sentyabr 15, 2025-3:10
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Ramin Məmmədov: Dinlərarası dialoqu və İslam həmrəyliyini dəstəkləyən Azərbaycanın təcrübəsi önəmlidir

2024:10:15 - 16:30
in SİYASƏT
A A

Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində dinlərarası dialoqu və İslam həmrəyliyini dəstəkləyən, bu prosesdə aktiv iştirak edən Azərbaycanın nümunəvi təcrübəsi önəmlidir.

“Report” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Türkiyə Cümhuriyyəti İbn Xaldun Universitetinin Himayəçilər Şurasının sədri İrfan Gündüz ilə görüşündə deyib.

Görüş zamanı Dövlət Komitəsinin sədri iki ölkə arasında qarşılıqlı etimada əsaslanan münasibətlərdən bəhs edərək, Azərbaycan və Türkiyəni qardaşlıq əlaqələrinin inkişafına yönəlmiş iradə və əzmkarlığın birləşdirdiyini qeyd edib.

Komitə sədri bildirib ki, ölkəmizdə milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində uğurlu işlər həyata keçirilir. Azərbaycanda milli-mənəvi irsə, dini dəyərlərə ehtiram mövcuddur, mədəniyyətlər dialoqun inkişafı, tolerantlıq ənənələrinin möhkəmləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərini təşkil edir.

İbn Xaldun Universitetinin Himayəçilər Şurasının sədri İrfan Gündüz Azərbaycanın birgəyaşayış mühitinin qorunub-saxlanılmasına göstərdiyi diqqəti, dinlər arasında ünsiyyət platformasının daha da dərinləşdirilməsi istiqamətindəki töhfələrini qeyd edib. Qonaq, həmçinin gənc nəslin mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyəsinin önəmindən danışıb.

Görüşdə, eyni zamanda Gəncliyə Yardım Fondunun prezidenti Əhməd Tecim, Almaniya yığmasının türkiyəəsilli sabiq üzvü, dünya çempionu Məsud Özil, Erkam Radio-Tv yayım şirkətinin direktoru Murat Karaman iştirak ediblər.

Əvvəlki Yazı

Laçında daha 3 kənddə tikinti işlərinə başlanılacaq

Növbəti Yazı

Elektromobillərin enerji doldurucularının idxalı və satışı ƏDV-dən daha iki il azad olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.