May 9, 2025-19:27
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Alternativ icra mexanizmlərinin tətbiqi ilə bağlı beynəlxalq təcrübə öyrənilir

2023:10:13 - 17:18
in SOSİAL
A A
Ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində, vətəndaşların hüquqlarının təmin olunmasında məhkəmə qərarlarının icrası müstəsna əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanında verilmiş tapşırığa əsasən Ədliyyə Nazirliyi tərəfindən məhkəmə qərarlarının icrası işinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi, bu sahədə alternativ mexanizmlərin, o cümlədən icra işinin özəl qurumlara həvalə olunması institutunun tətbiqi ilə bağlı ardıcıl tədbirlər görülür, qabaqcıl beynəlxalq təcrübələr öyrənilir.

Bu barədə AZƏRTAC-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bu məqsədlə nazir müavini Eldar Nuriyevin rəhbərlik etdiyi nümayəndə heyəti Avropa Yenidənqurma və İnkişaf Bankının “İcra xidmətinin potensialının gücləndirilməsi – Qanunvericilik və institusional təhlil” layihəsi çərçivəsində 2023-cü il oktyabrın 9-13-də Serbiya Respublikasına səfərdə olub.

Səfər zamanı əvvəlcə bu il 100 illiyini geniş qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyevin Belqrad şəhərindəki Taşmaydan parkında abidəsi ziyarət olunaraq əziz xatirəsinə dərin ehtiram bildirilib.

Nümayəndə heyəti Serbiyanın Ədliyyə Nazirliyində, Publik İcra Məmurlarının Palatasında, Ədliyyə Akademiyasında rəhbər şəxslərlə səmərəli görüşlər keçirib, publik icra məmurlarının ofislərində iş şəraiti, qərarların real icrası işinin təşkili, icra fəaliyyətinin elektronlaşdırılması prosesi ilə tanış olub, mütərəqqi təcrübələri öyrəniblər.

Bu zaman Serbiyada yeni icra sisteminə keçidin xüsusiyyətləri barədə məlumatlar verilib, mövcud qanunvericilik bazası, icra məmurlarının statusu, təyinatları, ixtisaslarının artırılması, intizam prosedurları, qərarların icrası təcrübəsi, tətbiq olunan informasiya texnologiyaları barədə ətraflı təqdimatlar nümayiş etdirilib, maraq doğuran suallar cavablandırılıb.

Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasıyevin də iştirak etdiyi tədbirlərdə ölkəmizdə həyata keçirilən mütərəqqi məhkəmə-hüquq islahatları və tətbiq olunan yeniliklər, o cümlədən “Elektron icra” informasiya sisteminin tətbiqi, əhaliyə göstərilən digər innovativ xidmətlər barədə məlumat verilib, həmsöhbətlərin diqqəti xüsusilə Vətən müharibəsində Böyük Qələbəmizlə azad edilmiş ərazilərdə həyata keçirilən geniş bərpa-quruculuq işlərinə cəlb olunub.

Əvvəlki Yazı

Qusar Dövlət Ləzgi Dram Teatrında yeni tamaşanın məşqləri keçirilir

Növbəti Yazı

“Azərbaycan Emmanuel Makrona dərs verdi” – RƏY

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.