Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Qərbin Rusiyaya qarşı “ikinci cəbhə” açmaqdan imtina etməsindən məyus olduğunu bildirib.
“Aydındır ki, Ukrayna müttəfiqlərinin [Rusiyaya qarşı] “ikinci cəbhə” açmasını gözləməyəcək”, – o, Telegram kanalında yazıb. Podolyak Rusiya əleyhinə sanksiyaların gücləndirilməsinə ümid etdiyini bildirib.
Bundan əvvəl Kiyev Qərbdən Ukrayna ərazisi üzərində Rusiya raket və pilotsuz təyyarələrini vurmağı tələb edirdi. Lakin ölkə prezidenti Vladimir Zelenski NATO-nun yeni baş katibi Mark Rutte ilə görüşdən sonra müttəfiqlərin buna hazır olmadığını etiraf edib. (Tass)