Sentyabr 10, 2025-15:22
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Naxçıvanda ekodüşərgə təşkil olunub

2024:10:16 - 13:27
in SOSİAL
A A

COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında könüllü gənclər və məktəblilər üçün birgünlük ekoloji düşərgə təşkil olunub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər, Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə reallaşan düşərgədə müxtəlif təlimlər, intellektual yarışlar, əyləncəli idman oyunları, təbiətdə yürüş və təmizlik aksiyası keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, iştirakçılarla görüşdə Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Saleh Həsənov düşərgənin məqsəd və hədəfləri haqqında danışıb, proqramdakı fəaliyyətləri diqqətə çatdırıblar.

Qeyd olunub ki, COP29 kimi mötəbər tədbirə ev sahibliyi etməsi, “Yaşıl dünya naminə həmrəylik ili”, Naxçıvanın “yaşıl enerji zonası” elan olunması, ümumilikdə, ekosistemin qorunması sahəsində həyata keçirilən mühüm və ardıcıl tədbirlər Azərbaycanın iqlim dəyişmələri ilə mübarizəyə həssas yanaşmasının, qlobal müstəvidən baxışının göstəricisidir. Muxtar respublikada da iqlim dəyişmələri ilə mübarizə, təhlükəsiz və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə sahəsində innovativ layihələr icra olunur, müxtəlif tədbirlər keçirilir. Gənclərin bu məsələlərə münasibətdə ideya və fəaliyyətləri dəstəklənir, onların iştirakı ilə müxtəlif ekoloji tədbirlər təşkil olunur.

Düşərgədə Naxçıvan Dövlət Universitetinin müəllimi Hüseyn İmanovun “Ekologiya və biz”, “Naxçıvan Ekoloji Maarifləndirmə və Ətraf Mühitin Mühafizəsinə Dəstək” İctimai Birliyinin İdarə Heyətinin üzvü Günel İbrahimovanın “Ekoloji maarifləndirmədə motivasiya” adlı təlimləri reallaşıb. Gün boyunca gənclər əyləncəli idman oyunlarında intellektual yarışmaya qatılıb, “Batabat” yaylağı istiqamətində yürüş ediblər.

Gənclər yürüşün sonunda təmizlik aksiyası keçirərək, ekodüşərgənin hədəflərinə öz töhfələrini veriblər.

Əvvəlki Yazı

Mingəçevir Dövlət Universitetində əmək bazarının nümayəndələri ilə görüş keçirilib

Növbəti Yazı

Tehran hesab edir ki, İsrail çətin ki, İranın nüvə obyektlərinə hücum etmək qərarına gəlsin

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.