Ukraynanın münaqişəyə son qoymaq planı Rusiyaya və Avropanın hava qalxanına zərbə endirmək üçün uzaqmənzilli Qərb silahlarından istifadə etməyi nəzərdə tutur. Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Ali Radaya öz planını təqdim edərkən bildirib.
“Tərəfdaşların hava qalxanı imkanları daxilində Rusiya raketlərini və pilotsuz təyyarələrini vurmaq üçün Avropadakı tərəfdaşlarımızla birgə müdafiə əməliyyatları aparırıq”, – deyə o bildirib”.
Zelenski əlavə edib ki, planın ikinci bəndi ümumilikdə Ukraynanın hərbi potensialının gücləndirilməsini və ona əlavə Qərb silahlarının verilməsini nəzərdə tutur. (Tass)