BƏƏ rəsmiləri Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən bəri intensiv atəşə məruz qalan Qəzza zolağının sakinləri üçün humanitar yardımla birlikdə Misirə təyyarə göndərib.
WAM bildirir ki, təyyarə Misirə təcili tibbi ləvazimatları daşıyacaq və bu, Sinay yarımadasının şimal hissəsində yerləşən yeganə sərhəd keçidi olan Rəfah vasitəsilə Fələstin anklavına daşınacaq.
Bundan əvvəl BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Fələstinə təcili humanitar yardımın göstərilməsi üçün 20 milyon dollar ayrılması barədə göstəriş vermişdi. Bu vəsait Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Yaxın Şərqdəki proqramlarını həyata keçirmək üçün istifadə olunacaq. (Tass)