Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş İslam Respublikasının prezidenti Məsud Pezeşkiyanın Moskvaya ayrıca səfəri zamanı imzalanacaq. Bu barədə İranın Rusiya Federasiyasındakı səfiri Kazım Cəlali məlumat verib.
“Bu saziş Kazanda [22-24 oktyabrda BRİKS sammiti zamanı] imzalanmağa hazır idi, lakin iki ölkənin prezidentləri Aşqabadda keçirilən görüşdə razılığa gəliblər ki, bu, ikitərəfli səfərlər zamanı bağlanacaq. Rusiya lideri cənab [Vladimir] Putin Pezeşkyanı Moskvaya səfərə dəvət edib”, – İranın Rusiya Federasiyasındakı səfirliyi Cəlalinin Livanın “Al Mayadeen” telekanalına verdiyi müsahibədən sitat gətirir. (Tass)