Şimali Atlantika Alyansının bir sıra üzv ölkələri cümə axşamı Brüsseldə Arktika regionunda Northlink peyk rabitəsi şəbəkəsinin yaradılması barədə razılığa gəliblər. Bu barədə “Reuters” NATO nümayəndəsinə istinadən məlumat yayıb.
“Gərgin geosiyasi vəziyyətə görə Arktikanın strateji rolu getdikcə daha çox əhəmiyyət kəsb edir.
Agentliyin həmsöhbətinin sözlərinə görə, sazişi imzalayan ölkələr arasında Macarıstan, Almaniya, Danimarka, İslandiya, İtaliya, Kanada, Lüksemburq, Hollandiya, Norveç, ABŞ, Finlandiya, Fransa və İsveç var. (Tass)