ABŞ-ın F-15E Strike Eagle qırıcıları artıq Yaxın Şərqdədir, bu barədə ölkənin Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb. Bölgəyə gələn dördüncü nəsil təyyarələrin sayı açıqlanmır, sadəcə olaraq qeyd olunur ki, söhbət 494-cü Ekspedisiya Qırıcı Eskadrilyasının döyüş təyyarələrindən gedir.
CENTCOM, qırıcıların ABŞ-ın mövqelərini gücləndirmək və Yaxın Şərqdə hava əməliyyatlarını gücləndirmək üçün onun məsuliyyət zonasına gəldiyini vurğulanıb.
Həmçinin, Mərkəzi Komandanlıq daha əvvəl Amerika təyyarədaşıyıcısı USS Gerald R. Ford-un zərbə qrupu ilə Aralıq dənizinin şərqinə gəlməsini bildirmişdi. Onun bölgəyə gəlişi Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi ilə izah edilib. CENTCOM rəsmilərinin fikrincə, bu, İsrailə düşmən olan qüvvələrə “güclü çəkindirici siqnal” göndərməlidir. (Nevs.ru)