Moldova polisi respublikada keçirilən prezident seçkiləri və Aİ-yə üzvlüklə bağlı referendum zamanı 146 qanun pozuntusu qeydə alıb.
Hadisələrin əksəriyyəti bülletenin qadağan olunmuş fotoşəkilinin çəkilməsi ilə bağlı olub – 32 hal və ya onun məhv edilməsi – 14 hal. Hüquq-mühafizə orqanları tərəfindən seçicilərə rüşvət verilməsi ilə bağlı 9, seçki günü 15 təşviqat, 11 seçicilərin mütəşəkkil şəkildə çatdırılması, habelə digər qanun pozuntuları qeydə alınıb. Bu barədə polis Mərkəzi Seçki Komissiyasına məlumat verib. Moldovada səsvermə prosesi saat 21:00-da başa çatıb.