İyun 21, 2025-1:29
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycan alimləri Türkiyədə arxeoloji tədqiqatlar aparıblar

2024:10:21 - 10:00
in SOSİAL
A A

AMEA Arxeologiya və Antropologiya İnstitutu Türkiyənin İğdır vilayəti ərazisində türkiyəli mütəxəssislərin iştirakı ilə arxeoloji kəşfiyyat işləri aparıblar.Bu barədə “Report”a AMEA Arxeologiya və Antropologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.Arxeoloji kəşfiyyat işlərinə İnstitutun tarix üzrə fəlsəfə doktorları, rəhbər M.M.Hüseynov olmaqla, üzvlər S.H.Aşurov və B.M.Cəlilovun təmsil olunduğu elmi heyət qatılıb.Bu, Azərbaycan arxeoloqlarının digər ölkə ərazisinə təşkil edilmiş ilk arxeoloji ekspedisiyası olmaqla yanaşı, həm də Azərbaycan və Türkiyə arasında yeni bir ortaq araşdırma istiqamətidir.Beş il üçün nəzərdə tutulmuş layihənin ilk ilinin kəşfiyyat xarakterli araşdırmalarının nəticələri Şərqi Anadolu – Azərbaycan arxeologiyasının problem məsələlərinin işıqlandırılmasında olduqca əhəmiyyətlidir. Qısa müddət ərzində son xalkolit-erkən tunc və orta tunc dövrlərinə aid yaşayış yerləri, bir şəhər yeri, bir qala və çoxsaylı kurqanlar qeydə alınıb, yerüstü materiallar toplanılıb və onlardan ən mühümləri İğdır muzeyinə təhvil verilib. İlk dəfə qeydə alınan abidələr Azərbaycan və xüsusən, Naxçıvan abidələri ilə sıx bağlıdır və gələcək araşdırmaların daha maraqlı kəşflərlə ortaq tariximizə töhfə verəcək. Yeni qeydə alınmış abidələrdən birində növbəti illərdə Azərbaycan arxeoloqlarının rəhbərliyi ilə geniş arxeoloji qazıntıların aparılması planlaşdırılır.

Əvvəlki Yazı

Protokolların 97,8%-ni işləyib hazırlayan Sandu Moldova prezident seçkilərinə rəhbərlik edir

Növbəti Yazı

Mincivan qəsəbəsinin işğaldan azad olunmasından dörd il ötür

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.