İsrail Qəzza zolağına İordaniya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Qətərdən gələn humanitar yardımın qarşısını alır. Bu barədə TASS-a Fələstinin Rusiya Federasiyasındakı səfiri Əbdül Hafiz Nofəl bildirib.
“Səhiyyə Nazirliyinin indicə bildirdiyi kimi, dəhşətli vəziyyətdir, 2215 ölü, 8714 yaralı. Bu gün israillilər insanları şimaldan cənuba qovmağa başladılar, iki yol açıb birinə hücum etdilər, 70 nəfər öldü”. İordaniya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Qətər tərəfindən təmin edilən kömək, Sinay yarımadasındakı El-Arish şəhərində dayandı və İsrail hələ də onu Qəzza zolağına buraxmadı. İnsanlar soyuqdan əziyyət çəkir, elektrik yoxdur, su yoxdur – heç nə yoxdur”- deyə səfir bildirib.