Beyin Mərkəzləri Platforması 7 təsisçidən ibarətdir. Yeddi kateqoriyadan ibarət platforma ingilis və Azərbaycan dillərində fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycanda Beyin Mərkəzləri Platformasının və onun internet portalının təqdimatında söyləyib.
O bildirib ki, hazırda platformaya Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi də daxil olmaqla 27 beyin mərkəzi üzv olub.