Agence France-Presse xəbər verir ki, Fransa hakimiyyəti artıq 2,2 milyard avro ziyan vurmuş iğtişaşlar fonunda Yeni Kaledoniyada (respublikanın xarici ərazisi) komendant saatını noyabrın 4-dək uzadıb.
Onun sözlərinə görə, mayın ortalarından bəri davam edən iğtişaşlar zamanı “iki jandarm da daxil olmaqla 13 nəfər həlak olub və dəymiş ziyan ən azı 2,2 milyard avro qiymətləndirilir”. Bundan əlavə, “toqquşmalar zamanı arxipelaqın yüzlərlə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, – agentlik xəbər verir.
Davam edən iğtişaşlar fonunda Fransa hakimiyyəti bütün arxipelaqda komendant saatını noyabrın 4-dək uzatmaq qərarına gəlib. Gecə hərəkətini qadağan edən bu rejim mayın 17-dən qüvvədədir. Hakimiyyət həmçinin idman yarışları istisna olmaqla, hər hansı kütləvi tədbirin keçirilməsi imkanını məhdudlaşdırıb. Etirazları yatırmaq üçün Yeni Kaledoniyaya əlavə polis qüvvələri göndərilib.
Mayın 13-də arxipelaqın inzibati mərkəzi Noumea şəhərində yerli seçkilər üçün seçici siyahılarının genişləndirilməsi ilə bağlı Fransa qanun layihəsinə görə iğtişaşlar baş verib. Sənəd layihəsi Yeni Kaledoniyada 10 ildən artıq yaşayan şəxslərə regional seçkilərdə səsvermə hüququnu nəzərdə tutur. (Tass)