Avstriya prezidenti Aleksandr Van der Bellen yeni hökumət koalisiyasını qurmağı Avstriya Xalq Partiyası (AXP) parlament seçkilərində ikinci yeri tutan kansler Karl Nehammerə tapşırıb. Siyasətçi Vyanada jurnalistlərə bildirib.
Van der Bellenin sözlərinə görə, birinci yeri tutan Avstriya Azadlıq Partiyasının (FAP) rəhbəri Herbert Kikl gələcək koalisiya üçün tərəfdaş tapa bilməyib.
“Bu gün mən şəxsən [Nehammerə] bu barədə məlumat verdim və ondan xahiş etdim ki, Avstriya Sosial Demokrat Partiyası ilə tezliklə danışıqlara başlasın”, – prezident deyib. (Tass)