Günün əvvəlindən İsrail hərbçiləri şiə Hizbullah hərəkatının yaraqlılarının Livandan İsrailə doğru 80-ə yaxın mərmi və raket atmasını qeydə alıb. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bu, yerli vaxtla saat 15:00-a olan məlumatdır mesajda deyilir.
“Ordu İsraili və onun xalqını Hizbullah terror təşkilatının təhdidlərindən qorumağa davam edəcək”, – mətbuat xidməti qeyd edib.
(Tass)