İsrail ordusu ölkənin şimal hissəsində əsgərlərindən birinin öldüyünü bildirib.
Ordunun mətbuat xidməti açıqlamasında bildirib ki, ölən 27 yaşlı Təl-Əviv sakini ehtiyatda olan serjant Saar Eliad Navarskidir. O, “Adırım” artilleriya briqadasında xidmət edib və “şimalda gedən döyüş zamanı həlak olub”.
Ordu əlavə edib ki, eyni hadisə nəticəsində eyni bölmənin daha üç ehtiyatda olan hərbi qulluqçusu ağır yaralanıb. Onların hamısı müalicə olunmaq üçün xəstəxanaya yerləşdirilib. Onların adları, soyadları və rütbələri açıqlanmır. (Tass)