İraqın İslami Müqavimətinə aid şiə silahlıları İsrailin şimalında “həyati vacib” bir hədəfə İHA-dan hücum həyata keçirib. Bu barədə hərəkatın Telegram kanalında yerləşdirilmiş bəyanatında deyilir.
“İşğala müqavimət göstərməyə yanaşmamızın davamı olaraq, Fələstində və Livanda xalqımıza dəstək olaraq və qəsbkar qurumun İslami Müqavimət Mücahidləri tərəfindən mülki şəxslərə, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı törətdiyi qırğınlara cavab olaraq, bu gün səhər, 23.10.2024, Çərşənbə günü işğal altındakı Qolanda həyati əhəmiyyətli bir hədəfə pilotsuz uçuş aparatları ilə zərbələr endirib”, – bəyanatda deyilir. “İslam Müqaviməti düşmən qalalarının məhv edilməsi əməliyyatlarının artan sürətlə davam edəcəyini təsdiqləyir”, üsyançılar bildirib. (Tass)