Avqust 28, 2025-16:21
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycan və Rusiya arxeoloqları ölkəmizdəki Paleolit dövrü abidələrini birgə tədqiq edəcəklər

2024:10:23 - 15:58
in SOSİAL
A A

Rusiyanın arxeoloq və geoloqlardan ibarət nümayəndə heyəti AMEA Arxeologiya və Antropologiya İnstitutunun Elmi fondunda saxlanılan Paleolit dövrünə aid tapıntılarla tanış olub.İnstitutdan AZƏRTAC-a bildirilib ki, direktor Fərhad Quliyev qonaqlarla görüşdə son illərdə müəssisənin beynəlxalq əlaqələrinin genişlənməsi, ölkə ərazisində aparılan beynəlxalq ekspedisiyalar barədə məlumat verib və birgə tədqiqatların səmərəliliyini vurğulayıb. O bildirib ki, 2024-cü ilin yay qazıntı mövsümündə Azərbaycanda Almaniya, Koreya da daxil olmaqla bir neçə müştərək beynəlxalq ekspedisiya fəaliyyət göstərib və azərbaycanlı arxeoloqlarla birgə tədqiqat aparıb.Görüşdə Azərbaycan-Rusiya birgə geoarxeoloji ekspedisiyasının iki həftə ərzində gördüyü işlər haqqında da məlumat verilib. Qeyd edilib ki, tədqiqatlar Naxçıvan Muxtar Respublikası və Qazax rayonu ərazisində aparılıb. İlkin nəticə olaraq Culfa rayonunun ərazisində ilk dəfə olaraq Əlincəçay açıq tipli paleolit düşərgəsi, Qazax rayonu ərazisində yeni açıq tipli Yataq yeri-3 paleolit düşərgəsi qeydə alınıb.Daha sonra qarşılıqlı əməkdaşlığı genişləndirmək, Azərbaycan ərazisində Paleolit dövrü abidələrini birgə tədqiq etmək məqsədilə Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin Arxeologiya və Etnoqrafiya İnstitutu ilə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu arasında əməkdaşlıq haqqında memorandumun hazırlanması qərara alınıb.

Əvvəlki Yazı

Ərdoğan BRİKS sammitində iştirak etmək üçün Kazana gəlib

Növbəti Yazı

Sandu seçkilərin ikinci turu öncəsi debatlar üçün əvvəlcədən razılaşdırılmış şərtləri rədd etdi

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.