TASS-ın müxbiri xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Ərdoğan Kazanda keçirilən BRİKS sammitinə gəlib. Türkiyə liderinin təyyarəsi Bakı vaxtı ilə saat 15:45 radələrində Kazan hava limanına enib.
Sammit çərçivəsində Ərdoğan ikitərəfli görüşlər, xüsusilə Rusiya prezidenti Vladimir Putinlə görüşlər keçirəcək. Rusiya-Türkiyə danışıqları ikitərəfli əməkdaşlıq məsələləri, Ukrayna məsələləri, eləcə də Yaxın Şərqdəki vəziyyətə əsaslanacaq. (Tass)