Ankarada törədilən terror aktı nəticəsində ölənlərin sayı 5-ə çatıb, 22 nəfər yaralanıb.
Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Erlikaya TRT Haber telekanalında məlumat verib.
“Terror aktı nəticəsində ölənlərin sayı 5-ə çatıb, yaralananların ümumi sayı 22 nəfərdir, onlardan üçü xəstəxanadan buraxılıb”, – nazir bildirib.