İyun 15, 2025-23:28
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Günay Sağlam: Bakı, Abşeron və Sumqayıtda yerləşən hotellər COP29-un qonaqlarını qarşılamağa tam hazırdır

2024:10:24 - 13:00
in SOSİAL
A A

Bakı, Abşeron və Sumqayıtda yerləşən hotellər COP29 tədbirinə gələcək qonaqları yüksək səviyyədə qarşılamağa tam hazırdır. Bu ərazilərdə yerləşən hotellərin ulduz təsnifatı prosesi artıq tamamlanıb. Ümumilikdə Bakı, Abşeron və Sumqayıtda 220 hotelə müvafiq ulduz dərəcəsi təyin edilib.Bunu AZƏRTAC-a məxsusi açıqlamasında Azərbaycan Hotel Assosiasiyasının (AHA) baş icraçı direktoru Günay Sağlam deyib.Onun sözlərinə görə, AHA tərəfindən hotellərin xidmət keyfiyyətinin yüksəldilməsi üçün konsultasiyalar aparılıb. Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycan Hotel Assosiasiyası Bakı, Abşeron və Sumqayıtda yerləşən hotellərin əməkdaşları üçün 12 moduldan ibarət İxtisaslaşmış hotelçilik təlimləri keçirib. Təlimlər qonaq məmnuniyyətinin birbaşa bağlı olduğu ön büro, təmizlik xidməti, iaşə xidməti və idarəetmə istiqamətlərini əhatə edib.“Çox şadıq ki, hotellər də bu təlimlərdə böyük maraqla iştirak etdilər. Ümumilikdə 250 hoteldən 1500-dən çox hotel əməkdaşı təlimlərə qatıldı, təlim materialları ilə təmin edildilər. Təlimlər zamanı hotel əməkdaşları ilə yalnız xidmət sahəsi üzrə deyil, həmçinin COP29 tədbiri ilə bağlı da məlumatlar paylaşıldı. COP29 müddətində ciddi diqqət ayrılmalı olan təhlükəsizlik tədbirləri, qonaqların profili, hotellərdə dayanıqlılıq təcrübələrinin tətbiqi haqqında hotel əməkdaşları və rəhbərlərinə COP29 Əməliyyat Şirkətinin əməkdaşları tərəfindən məlumat verildi və təlimatlar paylaşıldı”, – deyə Günay Sağlam bildirib.

 

Əvvəlki Yazı

Gəncədə regional medianın inkişafına həsr olunan tədbir keçirilir 

Növbəti Yazı

Qərbin Azərbaycana qarşı qarayaxma kampaniyalarının heç bir nəticəsi olmayacaq ŞƏRH

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.