Fələstin prezidenti Mahmud Abbas ölkəsinin BRİKS qrupuna qoşulmaq istədiyini təsdiqləyib. O, bu barədə Kazanda keçirilən “autreach” / “BRICS plus” görüşündə bildirib.
“Biz BRİKS ölkələrinin liderlərinə Fələstin məsələsində tutduqları mövqeyə görə təşəkkürümüzü bildiririk və bu baxımdan Fələstinin təşkilata qoşulmaq istəyini təsdiq edirik”, – Abbas bildirib. Onun sözlərinə görə, Fələstin təşkilatın məqsədlərinə çatmaq üçün “BRICS-in bütün fəaliyyətlərində iştirak etməyə hazırdır” və qrup üzvləri ilə “strateji əlaqələr qurmaq” istəyir. (Tass)