Gürcüstanın baş naziri İrakli Kobaxidze müvafiq idarələri eyni tempdə işi davam etdirməyə və oktyabrın 26-na təyin edilmiş parlament seçkiləri üçün səsvermə günü də daxil olmaqla, sakit seçkiqabağı mühiti qorumağa çağırıb.
“Oktyabrın 26-da keçiriləcək seçkilərə sayılı günlər qalıb və bu müddət ərzində həm də seçkilərdən sonrakı dövrdə bütün dövlət qurumları hər şeyi etməlidir Bu dövlətin vəzifəsidir və bunun üçün bütün idarələr, o cümlədən Daxili İşlər Nazirliyi səfərbər olunacaq”, – Kobaxidze gürcü jurnalistlərə bildirib.
Onun sözlərinə görə, seçki mühitinin sakit keçməsi üçün Daxili İşlər Nazirliyi səfərbər olunacaq. “Təhlükələrin qarşısının alınması bizim əsas vəzifələrimizdən biridir və seçicinin sakit şəraitdə öz seçimini etmək imkanı olmalıdır və bunun üçün bütün dövlət qurumları səfərbər olunacaq”, – deyə o, yekunlaşdırıb.
Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək. 12 ildir hakimiyyətdə olan hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası dördüncü dəfə qalib gəlməyə çalışacaq. Onun opponentləri dörd müxalifət partiyası hesab olunur, o cümlədən əsası eks-prezident Mixail Saakaşvilinin yaratdığı Vahid Milli Hərəkat olan Birlik – Milli Hərəkatdır. Tələb olunan beş faizlik baryeri keçmək üçün həmçinin Dəyişiklik Koalisiyası, Güclü Gürcüstan partiyası və keçmiş baş nazir Giorgi Qaxariyanın Gürcüstan naminə partiyası da mübarizə aparır. Müxalifət parlamentdəki mandatların yarıdan çoxunu alacağı təqdirdə koalisiya hökuməti yaratmağı planlaşdırır. (Tass)