Rusiya və digər ölkələr çoxqütblü və çoxmərkəzli dünya qurmaq üçün Venesuelaya arxalana bilər. Bunu Venesuela prezidenti Nikolas Maduro deyib.
“Bizim komandantımız Uqo Rafael Çavez Frias dedi ki, biz çoxqütblü və çoxmərkəzli dünya gözləyirik. Cənab prezident [Rusiya prezidenti Vladimir Putin], bu tarixi layihəni həyata keçirmək üçün Venesuela Bolivar Respublikasına arxalana bilərsiniz”, – Maduro bildirib.