Gürcüstanda parlament seçkilərinin nəticələrinə görə heç kim dövlət çevrilişi etməyi planlaşdırmır, heç kim Mərkəzi Seçki Komissiyasının (MSK) binasına soxulmur. Bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili mətbuat konfransında bildirib.
“Heç kim və ilk növbədə mən burada dövlət çevrilişi etməyi planlaşdırmıram”, – deyə Zurabişvili bildirib. (Tass)