Rusiya prezidenti Vladimir Putin hesab edir ki, Yaxın Şərq regionunda vəziyyət pisləşir. O, bu fikri Fələstin prezidenti Mahmud Abbasla görüşündə bildirib.
“Əvvəlki görüşümüzdən sonra regionda vəziyyət təəssüf ki, yaxşılaşmayıb, əksinə, pisləşir”, – Putin bildirib. Onun sözlərinə görə, Qəzza zolağında baş verən faciəli hadisələr artıq 40 mindən çox insanın ölümünə səbəb olub və Livanda və Yaxın Şərqin digər bölgələrində vəziyyətin gərginləşməsinə səbəb olub. “İordan çayının qərb sahilində də gərginlik artır, biz bunu hamımız görürük”, – Rusiya prezidenti əlavə edib. (Tass)