Tovuz rayonunda iki qardaş dəm qazından boğularaq ölüb“Report”un Qərb bürosunun məlumatına görə, Tovuz rayonu Əsrik Cırdaxan kəndinə yas mərasiminə gedən 1952-ci il təvəllüdlü Rafiq Bayramov və qardaşı, 1961-ci il Ramiz Bayramov gecələmək üçün atalarına məxsus evdə qalıblar.Onlar gecə dəm qazından zəhərlənərək ölüblər.Faktla bağlı araşdırma aparılır.