İkinci Dünya Müharibəsi zamanı dəymiş ziyana görə Polşaya təzminat ödəmək təşəbbüsü indi Almaniyaya məxsusdur. Bu fikri Polşanın xarici işlər naziri Radoslav Sikorski DoRzeczy.pl internet portalına bildirib.
“Biz topu Almaniya tərəfinə atdıq, onlar polyakları həqiqətən peşman olduqlarına və ortaq gələcək seçmək istədiklərinə inandırmaq üçün yaradıcı bir həll yolu tapsınlar” deyib.
Sentyabrın sonunda Berlinə səfəri zamanı Radoslav Sikorski artıq demişdi ki, işğal illərində Polşaya dəymiş zərərin ödənilməsi forması haqqında “yaradıcı” düşünən Almaniya hökumətidir. (Tass)