Avqust 25, 2025-15:41
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Sahil Babayev Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun bir qrup iştirakçısı ilə görüşüb

2024:10:25 - 17:29
in SOSİAL
A A

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçılarının bir qrupu ilə görüşüb.Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.Bildirilib ki, nazir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilən Azərbaycan Uşaqlarının Forumlarının uşaqların ictimai fəallığının artırılması, onların öz hüquqlarına dair qərarların qəbulu prosesində təşəbbüslər irəli sürmək imkanına yiyələnməsi və s. baxımından əhəmiyyətini qeyd edib.Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial siyasətində uşaqların diqqət və qayğı ilə əhatə olunmasının, firavan böyümələri, fiziki və mənəvi inkişafının təmin edilməsinin mühüm yer tutduğunu vurğulayıb.O, sosial təminat sisteminin əhatə etdiyi əhali kateqoriyalarından birinin də uşaqlar olduğunu, bir çox sosial təminat növlərinin məhz uşaqların sosial müdafiəsinə yönəldiyini, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində atılan addımları diqqətə çatdırıb.Həmçinin həssas qruplara aid uşaqların reabilitasiya və sosial xidmətlərlə təmin edilmələri, onlar üçün müasir tələblərə uyğun sosial xidmət və reabilitasiya müəssisələrinin qurulması və şəbəkəsinin daim genişləndirilməsi üçün görülən işlər qeyd edilib.Nazirliyin sifarişi ilə uşaqlarla bağlı həyata keçirilən sosial layihələrdən bəhs olunub. Övladlığagötürmə və himayədar ailə modelinin tətbiqi, uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, dövlət uşaq müəssisələrindəki uşaqların ailələrinə qayıdışı üçün reinteqrasiya tədbirləri haqqında da uşaqlara ətraflı məlumatlar verilib.Nazir əlilliyi olan uşaqların cəmiyyətə adaptasiyası, uşaq əməyinin istismarına qarşı mübarizə, həssas qruplara aid uşaqların və ailələrinin sosial dəstəklə təminatı, işğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərlə bağlı məşğulluq proqramları və s. barədə uşaqların suallarını cavablandırıb.

Əvvəlki Yazı

Vüsal Şıxəliyev: “Azərbaycanda 11 yol xəritəsi icra olunur”

Növbəti Yazı

Azərbaycan XİN Avropa İttifaqının səfirinə etiraz notası təqdim edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.