İsrail hava hücumundan müdafiə vasitələri və raket istehsalı obyektlərini İrana zərbələr endirmək üçün hədəflər siyahısına daxil edib. Bu barədə cümə günü Washington Post qəzeti məlumat yayıb.
Mənbənin sözlərinə görə, “hədəflər siyahısına hərbi obyektlər, xüsusən də raket istehsalı obyektləri və hava hücumundan müdafiə obyektləri daxildir”. Mənbənin aydınlaşdırdığı kimi, “hücumların daha bir neçə saat davam edəcəyi gözlənilir”.
İsrail ordusu daha əvvəl “aylardır davam edən hücumlara” cavab olaraq İrandakı hərbi obyektlərə zərbələr endiriblər. (Tass)