İsrailin İrana zərbələri 20 hədəfi vurduğu və 100 İsrail döyüş təyyarəsinin iştirak etdiyi barədə xəbərlər yalandır. Bu barədə “Tasnim” agentliyi mənbəyə istinadən məlumat yayıb.
Onun məlumatına görə, reallıqda vurulan hədəflərin sayı 20-dən xeyli azdır. O, agentliyə zərbənin ölkə hüdudlarından kənardan həyata keçirildiyini və dəymiş ziyanın “məhdud” olduğunu da təsdiqləyib. “100 İsrail döyüş təyyarəsinin hücumda iştirak etməsi ilə bağlı məlumatlar da tamamilə yalandır, İsrail sadəcə olaraq, onun zəif hücumunun miqyasını şişirtməyə çalışır”, – deyə Tasnim mənbəyi bildirib. (Tass)