Zərbə ciddi ziyan vurmasa da, İran İsrailin İslam Respublikasına zərbəsinə cavab verəcək. Bunu İran Parlamentinin (Məclisin) Milli Təhlükəsizlik Komitəsinin üzvü İsmail Kosari deyib.
İranlı parlamentari Fars- a müsahibəsində vurğulayıb: “Sionistlərin əməliyyatında uğursuzluq (İsrail – TASS qeydi) İranın ərazi bütövlüyünü pozduğuna görə cavab verməyəcəyi anlamına gəlmir”. Onun sözlərinə görə, cavab “çox ağrılı” olacaq.
“Mən sionistlərə sığınacaqlarda yaşamağı öyrənməyi tövsiyə edirəm”, – Kosari əlavə edib. (Tass)