Gürcüstan prezidenti Salome Zurabişvili ölkə sakinlərini bazar ertəsi Tbilisidə parlament binası qarşısında parlament seçkilərinin nəticələrinə etiraz etməyə çağırıb.
“Mən sizin hamınızı sabah axşam saat 7-də Bakı vaxtı ilə 19:00 Rustaveli [prospektinə] dəvət etmək istəyirəm ki, biz birlikdə dünyaya və özümüzə bu seçkiləri tanımadığımızı elan edək”, – Zurabişvili bildirib.
Zurabişvili həmçinin seçkilərin nəticələrini tanımadığını bildirib və hazırkı hakimiyyəti qeyri-legitim adlandırıb. (Tass)