İyun 16, 2025-18:55
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Gürcüstanda keçirilən seçkilərdə azərbaycanlıların fəal iştirakı mühüm rol oynadı ŞƏRH

2024:10:28 - 14:12
in SİYASƏT
A A

Tarixdən günümüzədək regionda seçilən Azərbaycan–Gürcüstan münasibətləri hər iki ölkənin xalqlarının bir-biri ilə dostluq və mehriban qonşuluq şəraitində yaşamasına töhfə verib. Azərbaycanla Gürcüstan hər zaman dostluğa və qarşılıqlı yardıma üstünlük verib. Bu davranış bütövlükdə Qafqazda digər ölkələrə də bir nümunə olaraq qalmaqdadır. Bunun bariz nümunəsi kimi Gürcüstanda yaşayan soydaşlarımızın hər zaman Azərbaycan dövlətinin və Prezidentinin regional siyasətini, Azərbaycan-Gürcüstan münasibətlərinin möhkəmlənməsini və inkişafına yönəlmiş səyləri dəstəkləmələrini misal göstərmək olar.Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli söyləyib.Onun sözlərinə görə, Gürcüstanda keçirilən parlament seçkisinin nəticələri də göstərdi ki, soydaşlarımız hakim partiyanı dəstəkləyərək prinsipial seçimlərini etdilər. Gürcüstanda yaşayan azərbaycanlılar, həmçinin seçkilər zamanı seçici aktivliyində də yüksək rol oynadılar. Gürcüstanda 300 min azərbaycanlı yaşayır, onların məskunlaşdığı bütün regionlarda səs faizi yüksək olub.Ramil İskəndərli xatırladıb: “Hələ bir neçə gün əvvəl, oktyabrın 21-də Tbilisi şəhərində Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə “Gürcüstan və Azərbaycan QHT-lərinin ictimai iştirakçılıqla bağlı informasiya mübadiləsi” konfransı keçirilmişdi. Tədbir zamanı gürcü və azərbaycanlı QHT nümayəndələri Qərbin regionu parçalamaq, bölgədə 2-ci cəbhə açmaq və Gürcüstanı Qərbin müstəmləkəsinə çevrilmək istəyi ilə bağlı öz narahatlıqlarını və etirazlarını bildirirdilər. Lakin indi artıq söyləmək olar ki, keçirilmiş seçkilərin nəticəsi Qərbin Gürcüstanda yürütdüyü siyasətə və regionda ayrıcı xətlər yaratmaq siyasətinə böyük zərbədir.Heç kimə sirr deyil ki, Qərbin maliyyə dəstəyi ilə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları müxalifətə dəstək verirdi və seçkiqabağı gərginliyi artırmağa çalışırdı. Onların da seçki prosesində fəal iştirak etdiyi məlumdur. Cari ilin avqust ayında Gürcüstan hökuməti də ABŞ və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən bir neçə qeyri-hökumət təşkilatını müxalifətin seçki kampaniyasına dəstək verməkdə ittiham edib”.R.İskəndərli bildirib ki, Qərbdəki bəzi dövlətlərin və təşkilatların Azərbaycana olduğu kimi, Gürcüstana da təzyiqi, daxili işlərinə müdaxilə etməyə çalışması öz nəticəsini vermədi. Beləliklə, gürcü xalqı düzgün seçim etməklə ölkəsinin daxili işlərinə müdaxiləyə, öz müstəqilliyinə, suverenliyinə xələl gətirilməsinə imkan yaratmadı.“Əminəm ki, bundan sonra da Gürcüstan və Azərbaycan geosiyasi müttəfiqlər kimi birgə fəaliyyət göstərəcəklər və bu iki ölkə milli iqtisadiyyatlarını gücləndirmək, beynəlxalq geosiyasi oyunçulara qarşı müstəqil dövlət quruculuğunu inkişaf etdirmək üçün birgə səy ortaya qoyacaqlar. Biz isə öz növbəmizdə bir QHT sektoru olaraq Azərbaycan və Gürcüstan vətəndaş cəmiyyəti təsisatları arasında əməkdaşlıq mexanizmlərinin qurulması ilə bu prosesə töhfə verəcəyik”, – deyə Ramil İskəndərli vurğulayıb.

Əvvəlki Yazı

Bakıda Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq Çərçivə Sənədinə qoşulmasının 30 illiyi münasibətilə dəyirmi masa keçirilib

Növbəti Yazı

Azərbaycanın çoxtərəfli səyləri BRICS platformasında da təqdir olunur ŞƏRH

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.