Moldova Konstitusiya Məhkəməsi (KM) oktyabrın 31-də Mərkəzi Seçki Komissiyasının oktyabrın 20-də keçirilmiş Avropaya inteqrasiya üzrə respublika referendumunun nəticələrini təsdiq edən sənədlərə baxacaq.
“Referendumun nəticələrinə dair MSK-nın sənədlərinə baxılacaq məhkəmə iclası oktyabrın 31-də keçiriləcək”, – deyə Konstitusiya Məhkəməsinin saytında yerləşdirilən məlumatda bildirilir. Bundan əvvəl MSK referendumu etibarlı hesab edib və səsvermənin nəticələri ilə bağlı protokolu təsdiqləyib və Konstitusiya Məhkəməsinə göndərilib. Yekun nəticələrə əsasən, seçici fəallığı 50,72 faiz təşkil edib. 50,35% inteqrasiyanın lehinə, 49,65% əleyhinə olub. Qanuna görə, sənədlərə 10 gün ərzində baxılmalıdır. (Tass)