İyun 19, 2025-3:17
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Vətəndaşlar məhkumluq haqqında arayışı “mygov” vasitəsilə rəqəmsal formada əldə edə biləcəklər

2024:10:28 - 15:46
in SOSİAL
A A

Məhkumluq haqqında arayışı almaq üçün fiziki olaraq xidmət mərkəzlərinə getməyə artıq ehtiyac qalmayacaq. Vətəndaşlar bu prosesi tam rəqəmsal formada “mygov” platforması üzərindən həyata keçirə biləcəklər.AZƏRTAC-a İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən bildirilib ki, bu yenilik sayəsində vətəndaşlar iş yeri və ya şəxsi məqsədlər üçün tələb olunan məhkumluq haqqında arayışı rahatlıqla və qısa müddətdə əldə edəcəklər.Məhkumluq haqqında arayışı əldə etmək üçün vətəndaş “mygov”a giriş edərək “Xidmətlər” bölməsindən “Məhkumluq haqqında arayış” xidmətinə daxil olur. Arayışın hansı məqsədlə tələb olunduğunu bildirmək üçün “İş yeri” və ya “digər” variantlarından birini seçir.İş yeri seçildiyi halda vətəndaş əldə etdiyi arayışı fiziki formada quruma təqdim etmək məcburiyyətində qalmır, arayış hazır olan zaman onun nüsxəsi ƏMAS sisteminə rəqəmsal qaydada ötürülür. Arayışın göndəriləcəyi qurumu iki üsulla axtarmaq mümkündür:

1.Qurumun adını qeyd edərək

2.Qurumun VÖEN-ni daxil edərək

Digər şəxsi məqsədlər üçün arayış tələb edildikdə isə, sistem vətəndaşı birbaşa müraciət ekranına yönləndirir. Daha sonra vətəndaş arayış üçün göndəriləcək müraciət ərizəsində tələb olunan şəxsi məlumatları yoxlayır. Məlumatlar tam və düzgün olduqda, “Ərizəni oxudum” bölməsini təsdiq edir və “Göndər” düyməsinə klikləyərək müraciətini quruma göndərir. Yaxın günlərdə “mygov”un yenilənmiş versiyasında vətəndaş, müraciət təsdiqləndikdən sonra arayışın hazır olduğu barədə bildiriş ala biləcək. Qeyd edək ki, müraciət 1 iş günü ərzində təsdiq olunur. Arayışı, həmçinin PDF formatında “Şəxsi məlumatlarım” bölməsindən yükləmək mümkündür.Vətəndaşlar, “Xidmətin tarixçəsi” bölməsindən bütün müraciətlərinin siyahısını izləyə bilər. Müraciət cavablandırılana qədər vətəndaş tərəfindən yeni müraciət göndərilə bilməz, müraciət tamamlandıqdan sonra yenidən müraciət etmək mümkündür.Bu rəqəmsal xidmət vətəndaşlara daha sürətli, rahat və çevik təcrübə təqdim etməklə, fiziki olaraq dövlət qurumlarına və xidmət mərkəzlərinə müraciət etmə zərurətini aradan qaldırır. Bunun sayəsində vətəndaşlar vaxtlarına və digər resurslarına qənaət edərək əlavə xərclərdən azad olur. Xidmət bu prosesdə kağız sərfiyyatını minimuma endirərək ətraf mühitə də öz müsbət təsirini göstərir.

 

Əvvəlki Yazı

Azərbaycanda beynəlxalq poçt göndərişlərinin həcmi 13 % azalıb

Növbəti Yazı

“Azərişıq” paytaxtda və regionlarda enerji doldurma məntəqələri quraşdırır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.