Ermənistan Müdafiə Nazirliyi amerikalı həmkarları ilə müdafiə sektorunun bütün sahələrində əməkdaşlıq edir. Bunu Respublika Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Müdafiə Nazirliyi rəhbərinin birinci müavini Edvard Asryan keçirdiyi brifinqdə deyib.
“Biz ABŞ-la bütün sahələrdə əməkdaşlıq edirik: hərbi, hərbi-texniki sahədə bu, müdafiə sektorunda əməkdaşlıqdır”, – deyə o, ABŞ-dan silah almaq imkanını şərh etməkdən imtina edib. (Tass)