İyun 21, 2025-22:24
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

KOBİA: Bu il 220 biznes planın hazırlanması üçün sahibkarlara dəstək göstərilib

2024:10:28 - 17:55
in İQTİSADİYYAT
A A

Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 220 biznes plan hazırlanaraq sahibkarlara və biznesə başlamaq istəyən şəxslərə təqdim edilib.

“Report” KOBİA-ya istinadən xəbər verir ki, bu biznes planlar Bakı şəhəri və ölkə regionlarında istehsal və xidmət sahələrində yeni biznesin qurulması və ya mövcud sahibkarlıq fəaliyyətinin genişləndirilməsini nəzərdə tutur.

Biznes planların əksəriyyəti Bakı iqtisadi rayonunu əhatə edir. Növbəti yerlərdə isə Gəncə-Daşkəsən, Qazax-Tovuz, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ və digər iqtisadi rayonlar dayanır. Biznes planlardan 73-ü qadın sahibkarlar üçün hazırlanıb. Ümumilikdə isə indiyədək KOBİA sahibkarlar üçün 1 555 biznes planın hazırlanmasına dəstək göstərib.

Qeyd edək ki, KOBİA tərəfindən biznes planın hazırlanmasına ödənişsiz dəstək göstərilir. Bu iş Agentliyin Bakı şəhərində və ölkə regionlarında fəaliyyət göstərən KOB inkişafı mərkəzləri (KOBİM) tərəfindən həyata keçirilir. Belə ki, KOBİM-lər tərəfindən öz biznes planını hazırlamaq istəyən sahibkarlara və biznesə başlayan şəxslərə biznes planın hazırlanması istiqaməti üzrə təlimlər keçirilir və məsləhət xidmətləri göstərilir. Həmçinin, KOBİM-lərin mütəxəssisləri tərəfindən biznes planın hazırlanmasına dəstək təmin olunur. Sahibkarlar və biznesə başlamaq istəyən şəxslər biznes planın hazırlanmasına dəstək üçün KOBİA-ya (info@smb.gov.az və ya https://smb.gov.az/az/contact-form/aze-citizen linki üzərindən) müraciət edə bilərlər.

Əvvəlki Yazı

FHN COP29-a hazırlıqla bağlı işlərin böyük hissəsini yerinə yetirib

Növbəti Yazı

Diaspor fəalı: Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnaməsi qərəzli mövqedən qaynaqlanır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.