Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları (UKMTO) Mərkəzi Yəmən sahillərində gəminin atəşə tutulduğunu bildirib.
“UKMTO Yəmənin Moha şəhərindən 25 dəniz mili cənubda baş vermiş insident barədə məlumatlandırılıb. Ticarət gəmisinin kapitanı gəminin bilavasitə yaxınlığında partlayış baş verdiyini bildirib. Gəmi və ekipajın təhlükəsiz olduğu bildirilir”, – bəyanatda deyilir.
Hadisə “hücum” kimi qiymətləndirilir. UKMTO gəmilərə Qırmızı dənizin bu bölgəsində hərəkət edərkən ehtiyatlı olmağı tövsiyə edib. Hələlik baş verənlərlə bağlı əlavə təfərrüatlar yoxdur.
Qəzza zolağında münaqişənin şiddətlənməsindən sonra Yəmənin “Ənsar Allah” üsyançı hərəkatı İsrail ərazisinə hücumlar həyata keçirəcəyini və əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəyini bildirib. Fələstin anklavında əməliyyat dayandırılıb. (Tass)