Belarus və Suriya suveren dövlətlərin daxili işlərinə kollektiv Qərbin müdaxiləsini pisləyir. Bunu Minskdə Belarusun xarici işlər naziri Maksim Rıjenkovla danışıqlardan sonra Suriyanın xarici işlər və mühacir məsələləri üzrə naziri Bassam Sabbaq deyib.
“Biz Qərbin müstəqil dövlətlərin daxili işlərinə kollektiv müdaxiləsini, Qərbin, o cümlədən ölkələrimizə qarşı tətbiq etdiyi qanunsuz sanksiyaları pislədik, bu kontekstdə bu qeyri-qanuni qərarlara qarşı mübarizədə əməkdaşlığın inkişaf etdirilməsi yollarını və vasitələrini müzakirə etdik”- BELTA agentliyi Suriya Xarici İşlər Nazirliyinin rəhbərinə istinadən xəbər verir.
Onun sözlərinə görə, diplomatlar Yaxın Şərqdəki vəziyyətə toxunub, nazirlər isə İsrailin Fələstin ərazilərinə qarşı hərəkətlərini pisləyib və bu münaqişənin tezliklə həllinin vacibliyini bəyan ediblər. “Biz həmçinin Avrasiyada sülh və asayişin bərqərar olmasında Rusiya və Belarusun rolunu vurğuladıq”, – deyə Sabbaq bildirib. (Tass)