Belarusun Mərkəzi Seçki Komissiyası (MSK) hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun prezidentliyə namizəd kimi irəli sürülməsinin dəstəklənməsi üçün seçici imzalarının toplanması üzrə təşəbbüs qrupunu qeydə alıb. Müvafiq qərar Mərkəzi Seçki Komissiyasının internet saytında yayımlanan iclasında qəbul edilib.
“Aleksandr Qriqoryeviç Lukaşenkonun namizədliyi bu vəzifəyə namizəd üçün Belarus Respublikasının Konstitusiyası və Seçki Məcəlləsi ilə müəyyən edilmiş tələblərə cavab verir”, – MSK nümayəndəsi Yelena Qriqoroviç qeyd edib. (Tass)