Sentyabr 11, 2025-13:46
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Bakıda strateji əhəmiyyətli yük stansiyası əsaslı təmir edilib

2024:10:30 - 13:40
in İQTİSADİYYAT
A A

Dəmir yolu ilə yükdaşımalar üçün strateji əhəmiyyətə malik Bakı yük stansiyasının Əhmədli hissəsində əsaslı təmir və yenidənqurma işləri həyata keçirib.

“Report” bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir.

Məlumata görə, 1883-cü ildə ilk neft qatarının yola salındığı bu stansiyada hazırda ölkə üzrə daşınan neft və neft məhsullarının 40 %-i qəbul edilərək təyinat məntəqələrinə yönləndirilir. Stansiyada aparılmış təmir-bərpa işləri çərçivəsində infrastrukturun yenilənməsi ilə yanaşı, yüklərin kağız əsaslı sənədləşmə olmadan rəqəmsal qaydada göndərilməsi sınaqdan keçirilib.

Stansiyanın 70 il bundan öncə tikilmiş inzibati binasında 9 ədəd köhnə istehsalat otağı yenidən qurulub və yeni müasir istehsalat otaqları tikilib. Həmçinin istismara yararsız texniki xidmət məntəqələri tam təchiz edilmiş 4 ədəd modul tipli konteynerlə əvəzlənib. Stansiyaya gedən avtomobil yolu və stansiyanın 400 kv.metr ərazisinə asfalt örtük çəkilib və iki mərtəbəli post binası təmir olunub.

Bundan başqa, işçilərin sosial rifahının yaxşılaşdırılması məqsədilə yeni mətbəx və sanitar qovşaqlar, soyunub-geyinmə otağı, namaz otağı və digər lazımi infrastruktur məntəqələri yaradılıb. Stansiyanın işçi heyəti yeni uniforma və fərdi mühafizə vasitələri ilə təchiz edilib.

“Yaşıl dünya naminə həmrəylik” ilinin çağırışına uyğun olaraq stansiya ərazisində yaşıllaşdırma işləri görülüb və onlarla ağac əkilib.

Qeyd edək ki, yüklərin qəbulu və göndərilməsi üçün stansiya ərazisində mövcud 9 yolun yenilənməsi, yeni yolların salınması və ümumi infrastrukturun daha da təkmilləşdirilməsi planlaşdırılır.

Əvvəlki Yazı

Azərbaycanda hərracların təşkili ilə bağlı yenilənmiş platforma istifadəyə verilib

Növbəti Yazı

İtkin şəxslərin ailə üzvlərinin azad olunan ərazilərə növbəti səfəri baş tutub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.