BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) işi və bu beynəlxalq strukturun əməkdaşlarının Fələstin ərazilərində olması Fələstin probleminin qaçqın problemi kimi mövcud olduğunu və həllini tələb etdiyini göstərir. Bu fikri Fələstin Dövlətinin prezidenti Mahmud Abbasın müşaviri Mahmud əl-Həbbaş deyib.
“UNRWA-nın fəaliyyəti artıq Fələstin məsələsinin və fələstinli qaçqınlar probleminin mövcudluğunu sübut edir”, – deyə əl- Həbbaş bildirib. Onun fikrincə, “İsrailin UNRWA ilə müharibəsi onun [İsrailin] Fələstin məsələsinin tamamilə aradan qaldırılmasına yönəlmiş mübarizəsinin bir hissəsidir”.
Fələstin liderinin müşavirinin sözlərinə görə, beynəlxalq ictimaiyyət “İsrail hakimiyyətinin BMT agentliyinə qarşı qanunsuz hərəkətlərini dayandırmaq üçün əməli və sərt tədbirlər görməlidir”. (Tass)