Sentyabr 14, 2025-23:26
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

İtkin düşən şəxsin oğlu: Atamın geri dönməyəcəyi ağlımıza da gəlməzdi

2024:10:30 - 17:19
in SOSİAL
A A

Azərbaycan ərazilərinin işğaldan azad olunması itkin düşənlər haqqında məlumat alınacağına ümidləri artırıb.

Bunu “Report”un azad olunmuş ərazilərə ezam edilmiş əməkdaşına açıqlamasında ermənilərin Xocalı Soyqırımını törətdiyi zaman şəhər sakinlərini xilas edərkən itkin düşmüş Xəqani Aslanovun oğlu Murtuz Aslanov deyib.

Onun sözlərinə görə, atası soyqırımına məruz qalan Xocalı sakinlərinin xilas olunmasında fədakarlıq göstərib:

“Əslimiz Ağdamın Şelli kəndindəndir. Atam hərbçi idi, 1992-ci ildə ermənilərin törətdiyi soyqırımı zamanı Xocalının bir çox sakinlərinin xilas edilməsində fədakarlıq göstərib. Xocalı sakinlərindən bəzilərini evimizə gətirmişdi. Atam o ağır günlərdə rahatlıq tapmırdı, köməksiz əhaliyə yardım etmək üçün yenə geri qayıdırdı. Evdən çıxanda anamı və nənəmi çağıraraq “Hər şeyə və hər xəbərə hazır olun. Mən şəhid ola, yaxud da əsir düşə bilərəm. Övladlarımdan muğayat olun”, – deyirdi.

M.Aslanov atasının bir gün itkin düşəcəyini, onun taleyi barəsində məlumatsız olacaqlarını o zaman təsəvvür belə etmədiklərini vurğulayıb:

“Atamın bu sözlərini ciddi qəbul etmirdik. Yaşım az olsa da, onun qayıtmayacağı haqda dediklərini çox düşünürdüm. Ağlımıza da gəlməzdi ki, atamın ehtiyat üçün dediyi sözlər gerçəkləşə bilər. Atam itkin düşdüyü gündən etibarən, qarşılaşdığımız Xocalı sakinlərindən onu soraqlasaq da, heç bir xəbər ala bilmirik”.

O əlavə edib ki, Azərbaycan əraziləri işğaldan azad olunduqdan sonra atasının taleyindən xəbər alacaqlarına ümidləri artıb:

“Biz ilk olaraq Ağdam Şəhidlər Xiyabanını ziyarət etdik. Orada dağıdılan qəbirləri gördükcə, hiddətim daha da çoxaldı. Ancaq torpaqlarımızın işğaldan azad olunması atam haqqında məlumat almaq ümidimizi yenidən artırıb”.

Əvvəlki Yazı

Azərbaycanda qara kürü istehsalı 50%-ə yaxın artıb

Növbəti Yazı

Dörd regional təhsil idarəsinin müdiri yeni vəzifəyə təyin edilib 

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.