Avropa Komissiyasının mətbuat xidməti xəbər verir ki, Avropa Komissiyası (AK) Çinin “Temu” ticarət platformasını Avropa bazarında qeyri-qanuni məhsullar yaymaqda ittiham edərək araşdırmaya başlayıb.
“Avropa Komissiyası Temu ticarət platforması ilə bağlı rəsmi araşdırmaya başlayıb. Avropa Komissiyası Temudan qeyri-qanuni məhsulların satışına görə Rəqəmsal Xidmətlər Aktını pozmaqda şübhələnir”, – Avropa Komissiyası bildirib. O, şirkəti təhqiqatla əməkdaşlığa çağırıb və onu illik dövriyyənin 6%-i məbləğində cərimə ilə hədələyib. (Tass)