May 10, 2025-16:33
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Milli Kitabxanada “Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı” adlı elektron məlumat bazası istifadəçilərə təqdim olunub

2023:10:16 - 11:49
in MƏDƏNİYYƏT
A A

Milli Kitabxananın əməkdaşları tərəfindən TÜRKSOY-un yaradılmasının 30 illiyi münasibətilə “Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı” adlı elektron məlumat bazası hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron məlumat bazası “Haqqında”, “Görkəmli şəxslər TÜRKSOY haqqında”, “Üzvlər”, “TÜRKSOY-un nəşrləri”, “Məqalələr”, “Fotoqalereya”, “Videoqalereya” bölmələrindən ibarətdir.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/TURKSOY/index.html linkindən istifadə edə bilər.

Həmçinin Azərbaycan Milli Kitabxanasında “Türk dünyası ədəbiyyatı (TÜRKSOY-un yaradılmasının 30 illiyinə həsr olunur)” adlı ənənəvi kitab sərgisi açılıb.

Sərgidə Milli Kitabxananın fondundan TÜRKSOY-a üzv olan 6 ölkənin Azərbaycanın, Türkiyənin, Qazaxıstanın, Qırğızıstanın, Özbəkistanın, Türkmənistanın kitabları, TÜRKSOY-un nəşrləri nümayiş olunur.

Sərgi bir həftə davam edəcəkdir.

Qeyd edək ki, Türk dünyası öz qədim və möhtəşəm mədəniyyəti ilə bəşər sivilizasiyası tarixinə parlaq səhifələr yazıb. Misilsiz zənginliyi ilə seçilən ümumtürk mədəni irsinin mühafizə olunması, bu sərvətin gələcək nəsillərə çatdırılması və dünyaya tanıdılması işində TÜRKSOY təqdirəlayiq xidmətlər görir. Bu il Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un yaradılmasının 30 ili tamam olur. 1993-cü il iyulun 12-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın mədəniyyət nazirlərinin iştirakı ilə Almatı şəhərində keçirilən toplantıda “Türk Kültür və Sənətləri Ortaq Yönətimi”nin (TÜRKSOY) yaradılması haqqında saziş imzalanıb. Qurum 2009-cu ildən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı adlanır. Təşkilatın katibliyi Ankara (Türkiyə) şəhərində yerləşir.

Azərbaycan TÜRKSOY-a dəstəyini hər zaman ifadə edib, türkdilli ölkələrin mədəni inteqrasiyasının geniş vüsət almasına çalışıb. Şuşa şəhərinin 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumunun və “TÜRKSOY Mədəniyyət Günləri”nin keçirilməsi bu istiqamətdə birgə səylərimizin göstəriciləridir.

Əvvəlki Yazı

Naxçıvanın təhsil nazirinə yeni müavin təyin olunub, nazir vəzifəsini icra edəcək

Növbəti Yazı

“İnsan resurslarının idarə olunmasına ümumi baxış” – ADNSU-da təlim

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.