İsrail qüvvələri Qəzza zolağının mərkəzi hissəsində yerləşən Nuseyrat qaçqın düşərgəsindəki məktəb ərazisinə hücum edib. Bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, bina anklavın digər ərazilərindən atılan mərmilərdən qaçan məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün istifadə olunur. Hücum, ilkin məlumatlara görə, azı 10 fələstinlinin həyatına son qoyub. (Tass)