Livan beynəlxalq ictimaiyyəti İsrailin təcavüzünü dayandırmaq üçün tarixi və mənəvi məsuliyyətini yerinə yetirməyə çağırır. Bu bəyanatla baş nazir Nəcib Mikati BMT-nin respublikadakı müvəqqəti qüvvələrinin komandanı, ispaniyalı general Aroldo Lazaro Saens ilə görüşdən sonra bildirib.
“İsrailin bütün Livan ərazisində təcavüzkar hərəkətlərinin miqyasını genişləndirməsi onun atəşkəsdən və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin icrası çərçivəsində münaqişənin həlli üçün təklif etdiyi variantlardan imtina etməsi deməkdir”, – o vurğulayıb Bu barbar təcavüzü dayandırmaq üçün beynəlxalq ictimaiyyət qarşısında tarixi və mənəvi məsuliyyət daşıyır.
Hökumət başçısı qeyd edib ki, Beyrut “Mavi Dəbilqəlilərin bu çətin mərhələdə göstərdiyi gərgin səyləri yüksək qiymətləndirir və onların Livanın cənubunda sülhməramlı missiyasını tam dəstəkləyir”. (Tass)