İyun 23, 2025-8:47
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Bakıda Qlobal Beyin Mərkəzləri Forumu keçiriləcək

2024:11:04 - 14:10
in İQTİSADİYYAT
A A

Noyabrın 16-da Bakıda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), Asiya İnkişaf Bankı (AİB), Asiya İnkişaf Bankı İnstitutu (AİBİ) və Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı İnstitutunun (CAREC Institute) birgə təşkilatçılığı ilə Qlobal Beyin Mərkəzləri Forumu keçiriləcək.“Report” bu barədə İİTKM-ya istinadən xəbər verir.“Qlobal Yaşıl İqtisadiyyat: İqlim Fəaliyyəti, Maliyyələşdirmə və İnnovasiya” (Global Green Economy: Climate Action, Financing and Innovation) mövzusunda təşkil olunan Forumda T20 şəbəkəsinə daxil olan və qlobal miqyasda ən nüfuzlu beyin mərkəzlərinin nümayəndələri, alimlər, dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, özəl sektor təmsilçiləri, QHT-lər və digər maraqlı tərəflər iştirak edəcəklər.Qlobal Beyin Mərkəzləri Forumu ölkələr arasında dialoqu təşviq etməklə iqlim dəyişikliyinin təsirinin daha yaxşı anlaşılmasına, Paris Sazişinin icrasını dəstəkləyən tədbirlərin təşviqinə töhfə verməyi qarşıya hədəf qoyur. Forum Azərbaycanın COP29 çərçivəsində qlobal arenada nüfuzunun artırılmasına və beynəlxalq beyin mərkəzləri şəbəkəsi daxilində ölkənin strateji mövqeyinin gücləndirilməsinə mühüm töhfə verəcək.Forumda İİTKM-in icraçı direktoru Vüsal Qasımlı, AİBİ-nin icraçı direktoru Tetsuşi Sonobe, icraçı direktorunun müşaviri Nikolas Buşoud, İndoneziya Prezidentinin xüsusi müşaviri Bambanq Brodjoneqoro, BMT Universiteti – Ətraf Mühit və İnsan Təhlükəsizliyi İnstitutundan Şen Sayomenq, Brukinqs İnstitutunun baş elmi işçisi Amar Bhattaçarya, “Ümumdünya Təbiəti Mühafizə Fondu”nun prezidenti Adil Nacam və digər nüfuzlu beyin mərkəzlərinin rəhbərləri və alimləri çıxış edəcəklər.Forumda I hissədə “Davamlılığa aparan qlobal yollar: təsirlərin azaldılması, uyğunlaşma və enerji keçidi” (Global Pathways to Sustainability: Mitigation, Adaptation, and Energy Transition), II hissədə isə “Qlobal İqlim Dayanıqlılığı üçün Yaşıl Maliyyə: Strategiyalar və İnnovasiyalar” (Green Finance for Global Climate Resilience: Strategies and Innovations) mövzuları ətrafında müzakirələr aparılacaq.Tədbir İİTKM-in inzibati binasında hibrid rejimdə keçiriləcək. Forumda müzakirələrə onlayn qoşulmaq üçün http://globalthinktanksforum.ereforms.org saytından qeydiyyatdan keçmək lazımdır.

Əvvəlki Yazı

İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində COP29-la bağlı yaradılan şəraitlə tanış olub – YENİLƏNİB

Növbəti Yazı

Ekspert hesab edir ki, Hindistan İsraillə İran arasındakı münaqişəyə müdaxilə etməyəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.